Neftçi" müqavilə müddəti başa çatan daha bir futbolçusu ilə yollarını ayırıb.

Unikal.org  klubun rəsmi saytına istinadən xəbər verir ki, yunanıstanlı yarımmüdafiəçi Vangelis Platellasla əməkdaşlığa son qoyulub.

32 yaşlı oyunçuya gələcək karyerasında uğurlar arzulanıb.

"Ağ-qaralar" daha əvvəl Tural Axundov, Soni Mustivar və Donald Gerye ilə vidalaşıb.

Qeyd edək ki, Vangelis Platellas "Neftçi”də keçirdiyi iki mövsüm ərzində 31 oyunda meydana çıxıb, 3 qol vurub.