Braziliya millisinin sabiq hücumçusu Ronaldo PSJ-nin futbolçusu Kilian Mbappe və “Borussiya”nın (Dortmund) üzvü Erlinq Halandla bağlı açıqlama verib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, iki futbolçunu müqayisə edən 43 yaşlı sabiq forvard, bunları deyib:
“Belə bir fürsətim olsa, Mbappeni komandama götürərəm, o, mənə çox bənzəyir. Mbappe mənə oynadığım vaxtları xatırladır.
Haland da möhtəşəm bir futbolçudur və gəncdir. O, çox yaxşı mövsüm keçirdi və necə bitirəcəyini də görəcəyik. Əlbəttə, “Real” kimi böyük klublar onu transfer etməyə çalışacaq. Amma “Real”ın hər həftə qol vuran Kərim Benzema kimi futbolçusu var”.