UEFA-nın vitse-prezidenti Mişel Uva oyunlarda azarkeşlərin iştirakına qoyulan qadağalarla bağlı açıqlama verib.
Unikal.org xəbər verir ki, istinadən xəbər verir ki, qurum rəsmisi, məsələylə bağlı bunu deyib:
“Avqust ayına qədər oyunlarda azarkeşlərin iştirakı real görünmür. Avropadakı hadisələri izləyirik. Bir çox məsələlər hökumətlərə bağlıdır və UEFA-nın öhdəliyinə buraxılmamalıdır. Böyük bir məsuliyyətlə sistemi qoruduq. Yerli liqalara yenidən başlamaq imkanı yaratmaq üçün AÇ-2020-ni bir il təxirə saldıq. Avropadakı bir çox ölkə çempionatları davam etdirdi, amma bu, azarkeş olmadan baş tutdu. Bu, normal deyil”.