Fransa hökuməti koronavirus səbəbiylə ölkədə dayandırılan idman yarışları ilə bağlı yeni qərarlar qəbul edib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, yeni qərarlara görə, iyulun 11-dən bütün təhlükəsizlik qaydalarına riayət etməklə, kollektiv idman növlərinin keçirilməsinə icazə veriləcək. Amma fərdi idman növlərindəki qadağa davam edəcək. Bundan başqa, bu mərhələdə stadionlara 5 min nəfərə qədər azarkeşin daxil olmasına da icazə veriləcək. Növbəti mərhələlərdə vəziyyətə uyğun olaraq bu say artırılacaq.

Koronavirus səbəbiylə dayandırılan Fransa Liqa 1-i erkən başa çatdırılmış və PSJ cari mövsümün çempionu elan edilmişdi.