UEFA Millətlər Liqasının C Divizionunun I qrupunda yer alan Moldova və Kosovo yığmaları arasındakı görüş Kişinyovda keçirilməyəcək.
Unikal.org xəbər verir ki Moldova Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma neytral meydançada təşkil olunacaq.
Səbəb Moldova hökumətinin Kosovonu müstəqil dövlət kimi tanımamasıdır. Rəqib komandanın futbolçuları və nümayəndələri Moldova ərazisinə öz pasportları ilə daxil ola bilmədiklərindən, matçın yeri dəyişdirilib.
Moldova Futbol Federasiyası oyunu təşkil etmək üçün Kosovonun müstəqilliyini tanıyan ölkə tapmalıdır.
Qeyd edək ki, Moldova - Kosovo görüşü sentyabrın 3-də keçiriləcək.