Böyük Britaniyanın “The Mirror” qəzeti futbol üzrə İngiltərə Premyer-liqası tarixinin ən pis məşqçilərinin reytinqini tərtib edib.
Unikal.org xəbər verir ki, reytinqə niderlandlı məşqçi Frank de Bur başçılıq edib.
2017-ci ildə “Kristal Pelas” klubuna gətirilən F.de Bur beş matçdan sonra klubdan qovulub. Klub onun rəhbərliyi müddətində 1 qələbə qazanıb, 4 dəfə isə məğlub olub.
İkinci yerdə fransalı mütəxəssis Jak Santini yer alıb. 2004-cü ildə “Tottenhem”ə təyin olunan J.Santini 13 oyundan sonra istefa verib.
Premyer-liqada işləyən ilk amerikalı məşqçi olan Bob Bredli isə “Suonsi”nin sükanı arxasında 85 gün qala bilib.