ABŞ-da qaradərili amerikalı Corc Floydun öldürülməsi ilə bütün dünyada anti-irqçi etirazlar davam edir.
Unikal.org xəbər verir ki, ABŞ-ın əfsanəvi boksçusu Məhəmməd Əlinin eyniadlı oğlu Məhəmməd Əli “Corc Floyd” etirazları ilə bağlı reaksiya bildirib.
Belə ki, Məhəmməd Əlinin dördüncü ölüm ildönümü ilə əlaqədar ABŞ mediasına açıqlama verən Əli, atası sağ olsaydı, Amerikada və dünyada baş verən irqçilik etirazlarına sərt reaksiya verəcəyini bildirib.
O, həmçinin də, Corc Floydun ölümündən sonra etirazların zorakılığa və talana çevrildiyi vurğulayıb. “Əgər atam sağ olsaydı, “bunlar şeytandan başqa bir şey deyil” deyərdi. Atamın sözləri ilə desəm, “bütün həyatları qiymətlidir”. Yalnız qara həyat, ağ həyat, Çin həyatı deyil, bütün həyat dəyərlidir. Allah hamını sevir “Kimisə öldürmək düzgün deyil” deyə ifadə edib.
Məhəmməd Əli daha sonra “Floydu öldürən polis işini yerinə yetirdi. Polis məmurunun bu adamı öldürməsi səhv idi, amma insanlar göstəriləndən daha çox görüntü olduğunu bilmirlər. Həmin şəxs müqavimət göstərdi, məmur öz işini görür, amma səhv taktikadan istifadə etdi” deyə polisin işini həyata keçirdiyini və baş verənləri böyük bir anlaşılmazlıqdan ibarət olduğunu bildirib.
Sonda ABŞ-da noyabr ayında keçiriləcək prezident seçkilərinə münasibət bildirən, Əli, prezident Donald Trampı dəstəklədiyini söyləyib. “Düşünürəm ki, Trump yaxşı prezidentdir. Atam da onu dəstəkləyərdi. Tramp irqçi deyil, Tramp bütün insanlar üçün mövcuddur. Əsl irqçi Demokratlardır” deyə qeyd edib.