Madridin “Real” klubunun kapitanı Serxio Ramos La Liqanın tarixinə ən yaxşı bombardir müdafiəçi kimi daxil oldu. 

Bu barədə Unikal.org xarici KİV-lərə istinadən xəbər verir.

Bildirilir ki, 34 yaşlı futbolçu milli turnirdə 68 qol vurub. Beləliklə, o, ən yaxşı bombardir müdafiəçilər siyahısına liderlik edən Ronaldo Kumanı üstələmiş olub. Qeyd edək ki, hazırda Niderland millisini təmsil edən Kuman İspaniya çempionatında 67 qol vura bilib.

Xatırladaq ki, “Real” 2:1 hesabı ilə “Real Sosyedad” üzərində qələbə çalaraq La Liqada birinci pilləyə yüksələ bilib.