İngiltərədə pul qarşılığında cinsi münasibətə olan 26 yaşlı Keti Morqa uşağının atası ilə bağlı etiraflar edib.
Unikal.org xəbər verir ki, qadın övladının atasının İngiltərə Premiyer Liqasında oynayan futbolçulardan biri olduğunu deyib.
Keti Morqanın bildirdiyinə görə, sözü gedən futbolçu ilə 3 gün birlikdə olub.
Futbolçu eskort qadına bir gecə üçün 1.500 sterlinq (təxm: 2min dollar) ödəyib. Qadınn bildirib ki, mart ayında dünyaya gələn körpəsi ilə bağlı DNT testi verib və cavab pozitiv çıxıb. Ancaq futbolçunun özü də bu xəbərə inanmayıb.
Keti Morqanın dediyinə görə, sonradan futbolçu uşağın onun övladı olduğuna inanıb, hətta atalıq borcunu yerinə yetirməyə, uşağı sevməyə başlayıb.
Keti bəzi futbolçular üçün pul qarşılığında sosial şəbəkədə kamera qarşısında soyunduğunu, bəzi futbolçuların isə onun istifadə olunmuş alt paltarlarını pulla aldığını deyib.
O həmçinin qeyd edib ki, həyatını bundan sonra övladına həsr edəcək. İşi isə sadəcə bəzi markalara manekenlik etmək olacaq.