Ukraynanın Odessa vilayətində quraşdırılmış yeni dayanacaqlar gülüş hədəfinə çevrilib. 

Unikal.org bildirir ki, dayanacaqların bəzilərində skamyalar normal boylu insanın çiyni, digərlərində isə dabanı səviyyəsində bərkidilib.

Sosial şəbəkələrin bəzi istifadəçiləri istehza ilə bildiriblər ki, yeni oturacaqlar yalnız nəhəng və cırtdan insanlar üçün nəzərdə tutulub. 

“Ukrayna məmurları özlərinin “ofis və xidməti avtomobilləri”nə o qədər öyrəşiblər ki, vətəndaşların necə göründüklərini unudublar”, - deyə istifadəçilərdən biri yazıb.