Ermənistanda daha 418 nəfərdə koronavirus aşkarlanıb.
Unikal.org xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununlada Ermənistanda virusa yoluxanların sayı 21 006-ya yüksəlib.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 12 nəfər artaraq 372-yə çatıb. İndiyədək 10 144 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 10 364 aktiv koronavirus xəstəsi var.