"Yuventus"un ulduz futbolçusu Ronaldo üçün İtaliya A seriyasının 27-ci turunda "Bolonya" ilə matç (2:0) əlamətdar olub.
Unikal.org xəbər verir ki, 35 yaşlı hücumçu bu görüşdə penaltidən istifadə edərək A seriyasında vurduğu qolların sayını 43-ə yüksəldib. Bununla da o, İtaliya çempionatında ən çox qol vuran portuqaliyalı futbolçu olub. Ronaldo bu göstəricidə Rui Kostanı (42 qol) geridə qoyub.
Qeyd edək ki, Ronaldo İspaniya La Liqası və İngiltərə Premyer Liqasında da həmyerliləri arasında ən çox qol vuran futbolçudur.