“Keşlə” klubu daha bir futbolçusu ilə müqavilə yeniləyib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb, Məlumatda bildirilib ki, Miyuşko Boyoviçlə yeni 1 illik müqavilə imzalanıb.
Unikal.org xəbər verir ki, "transfermarket"in açıqladığına görə, paytaxt klubunun müqavilə yenilədiyi müdafiəçinin hazırki transfer qiyməti 300 min sterlinqdir (təxm: 400 min dollar). Saytın bildirdiyinə görə, futbolçu 11 iyul 2019-cu ildə Macarıstanın "Uypeşt" klubundan Azərbaycanın "Keşlə" klubuna 300 min sterlinq qarşılığında transfer olunub.
Xatırladaq ki, “Keşlə”də daha öncə Azər Salahlı, Vüsal İsgəndərli, Tərlan Quliyev və Ruslan Əmircanovla da 1 illik müqavilə imzalamışdı. Paytaxt klubu “Neftçi”dən ayrılan Tural Axundovu da transfer edib. Əvəzində Ruslan Qurbanov, Cabir Əmirli və kapitan Slavik Alxasovla yollar ayrılıb.