Azərbaycan milli komandasının və “Zirə”nin futbolçusu Emil Balayevin yeni klubu bəlli olub.

Unikal.org “transfermarkt”a istinadən xəbər verir ki, 26 yaşlı qapıçı yeni mövsümdən “Qarabağ”da çıxış edəcək. Emilin azad agent kimi Ağdam klubuna keçəcəyi bildirilir.

Martda “Zirə” ilə müqavilə imzalayan Emilin “qartallar”la sözləşməsi iyunun 30-na qədərdir.

Balayev, daha əvvəl də – 2016-cı ilin oktyabrından 2017-ci ilin yanvarına qədər “Qarabağ”da forma geyinib. Azərbaycan milli komandasının üzvü “Neftçi” və “Səbail”də də çıxış edib.