“Keşlə” klubu futbolçusu Con Kamara ilə müqaviləni yeniləyib.
Unikal.org xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
32 yaşlı futbolçu növbəti mövsüm də komandanın şərəfini qoruyacaq.
Dünyaca məşhur "transfermarkt" saytının yazdığına görə, Con Kamaranın transfer bazarında hazırki qiyməti 350 min avrodur (təxm: 450 min dollar).
Saytın bildirdiyinə görə, Con Kamara 2019-cu ilin yanvarından Qazaxstanın "Kaysar" klubundan Azərbaycanın "Keşlə”sinə 400 min avroya (təxm: 500 min dollar) transfer olunub.