Boks üzrə gənclər arasında dünya çempionatı təxirə salınıb.
Unikal.org xəbər verir ki, Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AIBA) bu il 2-9 noyabr tarixlərində Polşanın Keltse şəhərində keçirilməli olan oğlanlar və qızlar arasında mundialın vaxtını dəyişib.
Buna koronavirus pandemiyası səbəb olub. Yarış 2021-ci ildə baş tutacaq. Çempionatın 10-24 aprel tarixlərində təşkil olunması nəzərdə tutulub.
Qeyd edək ki, gənclərin dünya çempionatında 2002-ci il 1 yanvardan 2003-cü il dekabrın 31-dək doğulmuş boksçular qüvvəsini sınayacaq.