Bu gün Türkiyədə koronavirusdan daha 19 nəfər ölüb.
Unikal.org xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca "Twitter" səhifəsində paylaşım edib.
Nazir qeyd edib ki, son 24 saatda 51198 şübhəli koronavirus testindən keçib,
Ölkədə COVID-19-dan ölənlərin sayı 5 065 nəfəri ötüb.
Son sutkada Türkiyədə COVID-19-a 1396 yoluxma qeydə alınıb. Beləliklə, koronavirus xəstələrinin sayı 194 511 nəfərə çatıb.
Nazirin sözlərinə görə, son bir gündə 1 492 koronavirus xəstəsi sağalaraq evə buraxılıb. Bununla da Türkiyədə təhlükəli infeksiyadan sağalanların sayı 167 198 nəfərə yüksəlib.
Son sutkada COVID-19-la bağlı 51 198 test aparılıb. Hazırda koronavirus testlərinin ümumi sayı 3186 622-dir.