Fransanın “Monako” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Unikal.org xəbər verir ki, “knyazlıq klubu” Niderlandın “NEK Neymegen” klubundan Antoni Musabı transfer edib. 

“Monako”nun 19 yaşlı cinah futbolçusu üçün qarşı tərəfə 2 milyon avro ödədiyi bildirilir. Onunla 5 illik müqavilə imzalanıb. Müqavilə transfer pəncərəsi açıldıqdan sonra – iyulun 1-dən qüvvəyə minəcək.