"Mənim qohumlarımdan və dostlarımdan da virusa yoluxan olub".
Unikal.org xəbər verir ki, bunu "Instagram”da canlı yayım zamanı Azərbaycan millisinin və "Qarabağ"ın sabiq kapitanı Rəşad Sadıqov deyib.
Karyerasını başa vuran 38 yaşlı keçmiş müdafiəçi virusa inanmayan şəxsləri məsuliyyətsiz adlandırıb: "Kimsə inanmırsa, məsləhətim odur ki, sussun danışmasın. Xəstəliyə inanıram. Son 3-4 ayda atamı və anamı iki dəfə ziyarət etmişəm. Onların yanına getməkdən ehtiyat edirəm. Onları qoruyuram. Daha çox yaşlı insanlara təsir edir. Bu səbəbdən belə mövqe tutmuşam".