Dünyaca məşhur müğənni Justin Bieber sosial hesabından onu təcavüzdə ittiham edən iki şəxsi məhkəməyə verib. Kanadalı müğənni hadisənin baş verdiyi yeri sübut etmək üçün hesab və sənədləri ortaya qoyub.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, iddiaların gerçəklərlə uzalaşmadığını bildirən müğənni iki sosial media istifadəçisini məhkəməyə verib. Müğənni kimlikləri bəlli olmayan, 2014 və 2015-ci illərdə fərqli şəkillərdə təcavüzə məruz qaldıqlarını iddia edən həmin şəxsləri adını qaralamaqda təqsirləndirir.