İngiltərə Kubokunun ¼  final oyununda “Mançester Yunayted” “Norviç” üzərində əlavə vaxtda 2:1 hesabı ilə qələbə qazanıb və beləliklə də, turnirin yarımfinalına yüksələ bilib.

Unikal.org xəbər verir ki, oyun Norviçin “Kerrou Roud” stadionunda baş tututb.

Qonaqların komandasında qolların müəllifləri Odion İqalo və Harri Maquayer olub. Ev sahiblərində isə Todd  Kantvell fərqlənə bilib. 

Qeyd edək ki, Timm Kloze meydandan uzaqlaşdırılandan sonra, “Norviç” 89-cu dəqiqədən etibarən oyunu 10 nəfərlə davam etdirməli olmuşdu.