İngiltərənin “Uotford” klubunun futbolçusu Andre Qrey özünə ad günü ziyafəti təşkil edib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, ingilis hücumçu iyunun 26-da, 29 yaşının tamam olmasına görə 20 nəfərin iştirak etdiyi parti verib. Ziyafətə “Uotford” klubunun sahiblərindən olan Dominquş Kin də qatılıb. Qreyin karantin qaydalarını pozduğu üçün cəzalandırılacağı gözlənilir.

İngiltərədə koronavirus pandemiyasına görə bir sıra məhdudiyyətlər tətbiq edilir. Bunlardan biri də altı nəfərdən çox insanın bir yerə toplaşmamasıdır.

“Uotford” İngiltərə Premyer Liqasının 32-ci turu çərçivəsində bu gün “Sauthempton”la qarşılaşacaq. Görüş saat 19:30-da start götürəcək.