Qazaxıstanın "Kaysar" klubunda 25 nəfər koronavirusa yoluxub.
Unikal.org xəbər verir ki, komandanın baş məşqçisi Stoyço Mladenov bildirib ki, virusa yoluxanlardan 10-u futbolçudur. Mütəxəssis özünün və məşqçilər heyətinin test nəticəsinin mənfi olduğunu bildirib.
Qeyd edək ki, Qazaxıstan çempionatı iyulun 1-də bərpa olunmalıdır. "Kaysar" "Taraz" komandası ilə qarşılaşmalıdır.