Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yanğın baş verib.
Unikal.org FHN-ə istinadən xəbər verir ki, beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsində ümumi sahəsi 12 m² olan otağın yanar konstruksiyaları və ümumi dəhliz 8 m² sahədə yanıb.
Yanğın zamanı 4 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib, onlardan biri tüstüdən zəhərlənmə diaqnozu ilə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil verilib.
Qonşu mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.