İngiltərə Premyer Liqasının 32-ci turu çərçivəsində “Arsenal” “Norviç Siti”ni qəbul edib.
Unikal.org xəbər verir ki, qarşılaşma meydan sahiblərinin böyük üstünlüyü – 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşmada hesab 33-cü dəqiqədə açılıb. Pyer-Emerik Obameyanq meydan sahiblərinin qələbəsinin əsasını qoyub. Dörd dəqiqə sonra Qranit Caka hesabı 2:0-a çatdırıb. Qarşılaşmanın 67-ci dəqiqəsində Pyer-Emerik Obameyanq dubl edib – 4:0.