Miralem Pyaniç "Barselona"ya transferini özünəməxsus şəkildə qeyd edib.
Unikal.org xarici KİV-ə istrinadən xəbər verir ki, Pyaniç "Barsa"ya keçidi münasibətilə ziyafət gecəsi təşkil edib. Bosniyalı futbolçu sevinc göz yaşlarını saxlaya bilməyib və başını atasının çiyninə yaslanaraq ağlayıb.
Ziyafətdəki qonaqlardan birin "Xəyal gerçək oldu", - deyə qeyd edib.
Bildirilir ki, Katalon klubu Pyaniçə görə "Yuventus"a 60 milyon avro ödəyəcək. Bundan əlavə 5 milyon avro dəyərində bonuslar da anlaşmaya daxildir.