"Barselona"nın və ulduz futbolçu Lionel Messi arasında danışıqlar dayandırılıb.
Unikal.org xarici KİV-ə istinadən məlumatına görə, buna argentinalı hücumçunun xahişi səbəb olub.
Messi klub rəhbərliyindən xahiş edib ki, ona yeni müqavilə bağlamaq təklif edilməsin.
Futbolçu bunu yorulması və “Barselona”dakı çıxışını 2021-ci ildə başa vurmaq istəməsi ilə bağlayıb.
Cənubi amerikalı gələn il getməsi ilə bağlı qərarı klubdakı problemlərə görə verib. O, Kataloniya təmsilçisi ətrafında yaranan mənfi ab-havadan bezib. Messini ən çox narahat edən isə bütün münaqişələrin səbəbkarı hesab olunmasıdır.
Futbolçu bu qərarı barədə komanda yoldaşlarını da məlumatlandırıb.