İngiltərənin "Koventri" klubu "Vulverhempton"da çıxış edən Azərbaycan millisinin futbolçusu Renat Dadaşovla maraqlanır. 

Unikal.org "Coventrytelegraph" nəşrinə istinadən xəbər verir ki, Çempionşipdə çıxış edən komanda 21 yaşlı hücumçunu icarəyə götürmək niyyətindədir.

Dadaşovun baş məşqçisi Mark Robinsin radarında olduğu bildirilib. 

Qeyd edək ki, Renat Dadaşov 2019-cu ilin avqustunda "Vulverhempton"a keçib və klubla 4 illik müqavilə imzalayıb. Forvard hələ ki, əsas komandada debüt etməyib. Dadaşov mövsümün ilk yarısını icarə əsasında Portuqaliyanın "Pakuş de Ferreyra" klubunda keçirib.