“Barselona”nın forvardı Lionel Messi kataloniyalıları tərk etmək qərarına gəldiyi təqdirdə, “Mançester Siti”yə keçə bilər.
Unikal.org xəbər verir ki, bu barədə “Fox Sports”un argentinalı jurnalisti Kristian Martin özünün “Instagram” səhifəsində yazıb.
“Bütün tərəflər sazişin şərtlərindən razı qalacaqlar”, - deyə jurnalist yazıb və əlavə edib ki, məlumatı onun Kataloniya və İngiltərədəki mənbələri təsdiq edib.
İyulun 3-də məlum oldu ki, Messi “Barselona” ilə yeni sazişin bağlanması ilə əlaqədar aparılan danışıqları dayandırıb. Futbolçunun klubda yaranmış mühitdən yorulduğu bildirilir.