Azərbaycan kikboks üzrə milli komandasının qadın üzvü  Nehir Rəcəbzadə 4 ayləq fasilədən sonra həyat yoldaşı Bəhram Rəcəbzadə ilə birlikdə  məşqlərə başlayıb.

Unikal.org xəbər verir ki, N.Rəcəbzadənin həyat yoldaşı ilə birlikdə rinqdə məşqi sosial şəbəkə istifadəçiləri tərəfindən də maraqla qarşılanıb.
Hazırda Türkiyə də  olan millimizin üzvləri, məşqlərini orada davam etdirirlər.

Qeyd edək ki, Avropa və dünya çempionu, k-1 üzrə beynəlxalq yarışların qalibi  tanınmış kikboksçu Bəhram Rəcəbzadə kişilərdən ibarət millimizin üzvüdür. N.Rəcəbzadə isə qadınlardan ibarət milli komandamızın tərkibində çıxış edir.

Nehir azərbaycanlı ailəsinə gəlin köçmüş türkiyəli idmançıdır. O əslən cənubi Azərbaycandan olan "Altın Qurd" ləqəbli tanınmış kikboksçu, dünya çempionu Bəhram Rəcəbzadənin həyat yoldaşıdır.

Hər ikisi beynəlxalq yarışlarda Azərbaycan bayrağını dalğalandırırlar.