Milli komandamızın və "Qarabağ”ın hücumçusu Mahir Emreli "Beşiktaş"a təklif olunub.
Unikal.org xəbər verir ki, bu barədə "Fotospor" məlumat yayıb.
Saytın iddiasına görə, "Beşiktaş”ın prezidenti Ahmet Nur Çebinin azərbaycanlı futbolçularla bağlı çağırışı cavabsız qalmayıb və Mahir İstanbul klununa təklif olunub. Amma 24 yaşlı forvardı qarşı tərəfə kimin təklif etməsi barədə bilgi verilməyib.
Məsələ ilə bağlı "Qarabağ"ın mətbuat katibu Nurlan İbrahimov Unikal.org-a açıqalama verib.
Klub rəsmisinin bildirdiyinə görə, belə bir hal baş verməyib:
"Sadəcə olaraq 2017-ci ildə Şenol Günəş Mahirlə maraqlanmışdı".
Qeyd edək ki, Ahmet Nur Çebi "CBC Sport”da yayımlanan "Türkiyədən futbol” verilişinə müsahibəsində bunları deyib: "Azərbaycan "Beşiktaş” üçün çox önəmlidi. Ölkənizdə klubumuzu dəstəkləyən qardaşlar var. Azərbaycanda yaxşı futbolçular var? Əlbəttə, var. Ən yaxşılarını azərbaycanlı qardaşlarımız tapıb, bizə göstərsinlər. Belə halda qiymətli olan azərbaycanlı futbolçunu "Beşiktaş”da oynadarıq. Bununla da Türkiyə futbolunda azərbaycanlı futbolçuların uğurları izlənilər. Bu işin davamı da gələr. Nə deyirsiniz, ola bilər? Niyə də olmasın?! Çox gözəl alınar”.
Aygün İlqarqızı