Liverpul” klubu gənc futbolçusu Kurtis Consla müqavilənin müddətini uzadıb.

Unikal.org xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi mersisaydlılarla 2025-ci il iyunun 30-dək sözləşmə imzalayıb.

Qeyd edək ki, ingilis futbolçu "qırmızılar"ın yetirməsidir. Kurtis bu mövsüm əsas komandada 8 oyun keçirib, 1 məhsuldar ötürmə müəllifi olub