Rumıniyada ötən gündən COVID-19 virusuna 250 nəfər yoluxub, 18 nəfər ölüb.

Unikal.org xəbər verir ki, bu barədə ölkə hökumətinin nəzdindəki Strateji Əlaqələr Qrupundan məlumat verilib.

Bildirilib ki, yoluxanların ümumi sayı 29 223 nəfərdir ki, bunlardan 1 768 nəfər ölüb, 21,4 min nəfərdən çoxu sağalıb.

Qeyd edək ki, mayın 15-də fövqəladə vəziyyət rejiminin başa çatdığı Rumıniyada 17 iyul tarixinədək qüvvədə olacaq yüksək hazırlıq rejimi elan olunub.