Bəzi deputatların biznesi nəzarətə götürülür
12:41 05-12-2012
İQTİSADİYYAT
Bəzi deputatların biznesi nəzarətə götürülür
Onların müxalifətlə gizli əməkdaşlığının qarşısını almaq üçün
Qarşıdan 2013-cü il gəlir. Gələn ilin ən mühüm ictimai-siyasi hadisəsi isə heç şübhəsiz, prezident seçkiləri olacaq.
Bir müddət əvvəl ölkənin müxalifət liderlərindən birinin Azərbaycan parlamentinin bəzi üzvləri haqqında söyləmləri isə hələ də unudulmayıb. Söhbət daha da dəqiqləşdirsək, Müsavat Partiyasının başqanı İsa Qəmbərin bəzi deputatların müxalifətlə təmaslarının olması barədə dediklərindən gedir.
Kimlərsə unudubsa, xatırlada bilərik: İsa Qəmbər Qubadakı məlum mart hadisələrindən sonra İctimai Palatanın müzakirələrində bəzi deputatların "həlledici situasiyada" müxalifətə dəstək verə biləcəklərinə dair onlara mesajlar göndərdiyinə açıq şəkildə eyham vurmuşdu. Həmin vaxt mətbuat Müsavat başqanının söyləmlərini qəribçiliyə salmamış; belə deputatların ola biləcəyi çoxluqda şübhə doğurmamışdı.
Görünür, elə bu səbəbdəndir ki, artıq parlamentin bəzi üzvlərinin və onlara yaxın şəxslərin nəzarətindəki biznes nöqtələrinin araşdırılmasına başlandığı barədə iddialar gəlməkdədir. Həmin iddialara görə, bir çox millət vəkillərinin bizneslə bağlı gəlir qaynaqları konkretləşdirilir və siyahılaşdırılır. Qarşıdakı dövrdə isə həmin gəlir qaynaqları üzərində ciddi nəzarət olacaq.
Bunun səbəbi də məhz yuxarıda toxunduğumuz məqamdır - yəni hansısa millət vəkillərinin öz nəzarətində və ya himayəsindəki biznes "toçka"larından əldə etdikləri qazancın müəyyən bir hissəsini gizli şəkildə müxalifətə yönləndirə biləcəyi ehtimalı nəzərə alınaraq, dediyimiz yola əl atılması qərarlaşdırılıb. Əlbəttə, müxalif düşərgədən hansısa deputat və ya deputatların hakimiyyətin opponentlərinə seçki ilində hər hansı gizli dəstəyinin ola biləcəyi yönündə mesajları birmənalı olaraq həqiqət kimi qəbul etmək də çətindir. İstisna etməmək mümkün deyil ki, bunlar provakativ ismarıclar və təbliğat xarakterli bəyanlar da ola bilər.
Amma istənilən halda bu istiqamətdə önləyici tədbirlərə əl atılması təccüblü deyil və başa düşüləndir. Söhbət ondan gedir ki, Azərbaycanda külək hardan əsməyə başlayırsa, "stavka"nı ora çevirmək ənənəsi geniş yayılıb. Bir çox hallarda siyasət və siyasi dəyərlər maddiyyatın önünə keçir, gələcəkdə vaxtilə əldə etdiklərini mümkün dəyişiklik təhlükələrindən qorumaq arzusu bəzilərinə çox xasdır. Biz ötən illərdə bunun yetərincə parlaq nümunələrini görmüşük və pis təcrübələrin təkrarlanma ehtimalı da həmişə yüksək olur.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53