Danimarka 2021-ci ilin oktyabrında Kopenhagendə keçirilməsi planlaşdırılan idman gimnastikası üzrə dünya çempionatına ev sahibliyindən imtina edib.
Unikal.org xəbər verir ki, bu barədə Beynəlxalq Gimnastika Federasiyası (FIG) məlumat yayıb. Qeyd edilib ki, Danimarka Gimnastika Federasiyası bununla bağlı FIG-ə məlumat verib. FIG-in İcraiyyə Komitəsi yaxın vaxtlarda turnirin yeni ev sahibinin müəyyənləşdirilməsi məsələsinə baxacaq.
Gimnastika üzrə bundan əvvəlki dünya çempionatı Almaniyanın Ştutqart şəhərində keçirilib. Analoji yarışın 2022-ci ildə İngiltərədə, 2023-cü ildə isə Belçikada təşkili planlaşdırılır.