Bakıda avtomobildə oğurluq hadisəsi baş verib.
Unikal.org xəbər verir ki, hadisə iyulun 5-də Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, naməlum şəxs həmin qəsəbədə yaşayan Ü.Vəliyevə məxsus “Toyota” markalı avtomobildən şüşəni sındırmaqla 325 manat pul, 1 890 manat dəyərində videoregistrator, eynək, geyin əşyaları, mobil telefon və digər əşyalar oğurlayıb.
Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Məsud İbrahimov saxlanılıb.
Faktla bağklı araşdırma aparılır.