Braziliyanın media assosiasiyası (ABI) press-konfrans zamanı jurnalistləri təhlükə altına atdığı üçün ölkə Prezidenti Jair Bolsonarunu məhkəməyə verməyə hazırlaşır.

Unikal.org xəbər verir ki, bu barədə təşkilatın saytında məlumat verilir.

İyulun 7-də Bolsonaru jurnalistlərlə görüşdə koronavirus testinin müsbət çıxdığını bildirib. Prezident bunu elan edərkən maska taxmış olub, lakin sosial distansiyanı gözləməyib. Bundan sonra o, bir neçə metr aralanaraq maskasını çıxarıb. 

Assosiasiyanın bəyanatında bildirilir ki, Prezident özünütəcrib rejimini pozaraq, qanun pozuntusuna yol verib və jurnalistlərin həyatını təhlükə altına atıb. Dövlət başçısı cərimə və həbs cəzası nəzərdə tutulan iki cinayət maddəsini pozmaqda ittiham edilir. Beləliklə də, assosiasiya Ali məhkəməyə müraciət etməyə hazırlaşır.

Qeyd edək ki, 65 yaşlı Bolsonaru əvvəlcə koronavirusa yoluxduğunu imtina edirdi, sonra isə infeksiya ilə mübarizə aparmaq üçün ciddi tədbirlər görməkdən imtina edib.