Suriya və İran hərbi sahədə əməkdaşlıq haqqında saziş imzalayıb.

Unikal.org xəbər verir ki, bu barədə Livanın “Al Mayadeen” telekanalı  məlumat yayıb.

Bildirilir ki, Suriyanın Müdafiə naziri  korpus generalı Əli Abdalla Ayüb və İranın Silahlı Qüvvələrinin baş qərargah rəisi Məhəmməd Bagəri “hərbi əməkdaşlıq haqqın hərtərəflli  saziş” imzalayıblar.

Bu sənəd tərəflər arasında  hərbi sahədə, təhlükəsizlik sferasında əlaqələrin bərkidilməsini, eləcə də daimi koordinasiyanın gücləndirilməsini nəzərdə tutur.

Bagərinin sözlərinə əsasən, imzalanmış saziş çərçivəsində İran “Suriyanın hava əleyhinə müdafiə sistemlərini gücləndirəcək”.