Türkiyə yığmasının Millətlər Liqasının 2020/21 mövsümündəki ilk oyununun məkanı müəyyənləşib.
Unikal.org xəbər verir ki, B liqasının 3-cü qrupunda yer alan "ay-ulduzlular" sentyabrın 3-də Macarıstanı qəbul edəcək.
Türkiyə Futbol Federasiyasının qərarına əsasən, qarşılaşma Sivasdakı yeni "4 Sentyabr" stadionunda baş tutacaq. Bununla Türkiyə yığması ilk dəfə Sivasda rəsmi oyun keçirmiş olacaq.
Qeyd edək ki, Şenol Günəşin yetirmələri 3-cü qrupda Macarıstan, Rusiya və Serbiya ilə mübarizə aparacaq.