Azərbaycan və Ukraynanın qadın şahmatçıları arasında 20 iyul Beynəlxalq Şahmat Gününə həsr edilən onlayn turnir keçiriləcək.
Unikal.org xəbər verir ki, Azərbaycan Şahmat Federasiyasından verilən məlumata görə, yarışda hər ölkədən 10 şahmatçı mübarizə aparacaq.
Ölkəmizi turnirdə Günay Məmmədzadə, Günay Məmmədova, Gülnar Məmmədova, Xanım Balacayeva, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Nərgiz Umudova, Nərmin Xələfova, Zeynəb Məmmədyarova, Xəyalə Abdulla və Gövhər Beydullayeva təmsil edəcəklər.
Turnir 21 iyulda start götürəcək və 3 gün davam edəcək.
Yarış 20 turdan ibarət olacaq.