Serbiyalı qadın basketbolçu Militsa Daboviç açıqlaması ilə hər kəsi şoka salıb.
Unikal.org xəbər verir ki, idmançı 2009-cu ildə "Beşiktaş"dan "Palero"ya keçidi barədə danışarkən Yunanıstan klubunun prezidentinin onunla yatmaq istədiyini deyib.
38 yaşlı basketbolçunun sözlərinə görə, onun transfer edilməsinin də səbəbi məhz bu olub
Militsa Daboviç hıtta klub prezidentinin ona 1 gecəlik münasibət təklif etdiyini deyib:
"2009-cu ildə "Beşiktaş"dan Yunanıstan klubuna getdim. Mənə aylıq 20 min avro maaş ödəyirdilər və bu, böyük rəqəm idi.
Klub prezidenti mənə bir gecəlik münasibət təklif etdi. Onun bu istəyini qəbul etmədim. Buna görə 3 ay maaşımı vermədilər və sonra da müqaviləmi pozdular. Buna görə qürurlu insanam. Vicdanım sakitdir və gecələr rahat yatıram".
Xatırladaq ki, Daboviç 2016-cı ildə Serbiya yığması ilə Rio olimpiadasında bürünc medal qazanıb və həmin il karyerasını bitirib.