Ukraynanın Odessa şəhərində dəhşətli qətl hadisəsi baş verib.
Unikal.org xəbər verir ki, Odesiyyada yaşayan 68 yaşlı türk vətəndaşının itkin düşüb. Daha sonra şəxsin qardaşı oğlu polisə müraciət edərək, əmisinin yoxa çıxdığını bildirib. Məlumatdan sonra polis hərəkətə keçib.
Aparılan axtarışlar nəticəsində 68 yaşlı kişinin 14 yerə parçlanamış cəsədini tapılıb. Qısa zamanda polislər cinayəti törədən 17 yaşlı iki yeniyetməni nəzarətə götürüb. İlkin dindirilmə zamanı yeniyetmə qız və oğlanın cinayəti qisas üçün törətdiklərini etiraf ediblər. Belə ki, 17 yaşlı yeniyetmə qız 68 yaşlı kişi tərəfindən dəfələrlə cinsa zorakılığa məruz qaldığını bildirib.
Hadisə ilə bağlı intintaq işləri başladılıb.