Türkiyə Super Liqasında XXXII tur davam edir.
Unikal.org xəbər verir ki, turun ikinci günündə üç matç baş tutub.
Günün sensasiyası Ankarada qeydə alınıb. “Qalatasaray” səfərdə autsayder “Ankaragücü”nə uduzub.
“Antalyaspor” evdə “Alanyaspor”a qalib gəlib. “Fənərbaxça” isə evdə “Sivasspor”a uduzub.
Qeyd edək ki, tura iyulun 13-də yekun vurulacaq.