İtaliya A seriyasında XXXII turun növbəti qarşılaşmaları keçirilib.
Unikal.org xəbər verir ki, ikinci gündə 6 matç oynanılıb.
Günün mərkəzi qarşılaşması Neapolda baş tutub. “Milan” “Napoli”nin qonağı olub. 4 qolun vurulduğu matç məhsuldar heç-heçə ilə başa çatıb.
“Cenoa” “Spal”a, “Sampdoriya” “Udineze”yə qalib gəlib. Digər üç matçda qalib müəyyənləşməyib.
Qeyd edək ki, turun son matçları iyulun 13-də baş tutacaq.
İtaliya A seriyası
XXXII tur
12 iyul
“Udineze” – “Sampdoriya” – 1:3
Lasanya, 37 – Kvalyarella, 45, Bonazzoli, 84, Qabbiadini, 90
“Parma” – “Bolonya” – 2:2
Kurtiç, 90, İnqless, 90 - Danilo, 3, Soriano, 16
“Fiorentina” – “Verona” – 1:1
Kutrone, 90 – Faraoni, 18
“Kalyari” – “Leççe” – 0:0
“Cenoa” – “Spal” – 2:0
Pandev, 24, Şon, 54
“Napoli” – “Milan” – 2:2
Di Lorenzo, 35, Mertens, 60 –Ernandes, 20, Kessi, 73 (pen.)