İngiltərənin “Tottenhem” klubunun futbolçusu Serj Oryenin qardaşı Kristofer Orye güllələnərək öldürülüb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, hadisə bu gün, səhər saatlarında Tuluzadakı gecə klublarının birində baş verib. Orye xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Kristofer Fransanın həvəskar futbol liqasında çıxış edirdi.