Daxili İşlər Nazirliyi “Orduya Dəstək Yürüşü” ilə bağlı açıqlama verib.
DİN-nin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Unikal.org-a açıqlamasında bildirib ki, aksiyada asayiş pozuntusu olmayıb.Əraziyə cəlb edilən polis əməkdaşlarının müşayiəti ilə aksiya iştirakçıları orduya öz dəstəklərini ifadə ediblər.
Polis ərazidə aksiya iştirakçılarının təhlükəsizliyini təmin edir.
Orxan Həsənli