İndoneziyanın Şərqi Yava bölgəsindəki Surabaya şəhərində 54 jurnalist qısa müddətdə koronavirus infeksiyasına yoluxub.
Unikal.org xəbər verir ki, bu barədə İndoneziyanın Müstəqil Jurnalistlər Alyansı məlumat yayıb.
Bildirilib ki, onlardan 3 nəfəri - yerli dövlət radiosunun Surabay şöbəsinin əməkdaşları dünyasını dəyişib.
Bazar ertəsi test sınaqları müsbət olan jurnalistlərdən ikisi xəstəxanaya yerləşdirilib.