Azərbaycan – Ermənistan sərhədinin Tovuz rayonu hissəsində baş verən düşmən təxribatı ilə bağlı dünən sosial şəbəkələrdə dezinformasiya xarakterli videoçarx yayılıb.

Videoda adını  açıqlamayan şəxs heç bir mənbəyə əsaslanmadan Azərbaycanda səfərbərlik elan olunduğunu və diviziyalarımızdan birinin duşmən ordusu tərəfindən dağıdıldığı iddia edir.

“Qardaşlar, lütfən dəqiqləşdirin... Səfərbərlik elan olunub... Hamıya bildirin...Meydanlarda olan hər kəsə bildirin... Əliheydər, 812-ci diviziyanı vurdular... Quşçuluq kəndini dağıtdılar...”, - deyə kadrlarda bildirilir.

Unikal.org-un əldə etdiyi məlumata əsasən, videoçarxdakı şəxs ermənidir. Qeyd edilən çarxın məqsədi isə, dezinformasiya xarakterli məlumat yaymaqla Azərbaycan xalqı arasında panika, ruh düşkünlüyü yaratmaqdır.

Nigar Orucova