Corabda yatmaq həyat üçün təhlükəlidir.
Unikal.org xəbər verir ki, bu barədə “Cursorinfo” tibb işçiləri tərəfindən aparılan tədqiqata istinadla yazır.
Mütəxəssislərin sözlərinə əsasən, yatmamışdan öncə corabları çıxarmamaq vərdişi qan dövranının pozulmasına gətirib çıxarır. Belə ki, rezin topuq hissədə qan damarlarını sıxa və beləliklə də, qanın hərəkəti pozula bilər.
Bundan savayı, insan rahat yatmaq üçün təhtəlşüur olaraq ayaqlarını yalınlaşdırmaq istəyir. Bu da yuxunun keyfiyyətinin düşməsinə səbəb olur. Eləcə də havasız şəraitdə olduğu üçün, ayaqlar tərləməyə başlayır və bu da göbələk xəstəliklərinin yaranmasına gətirib çıxarır.