Millimizin sabiq müdafiəçisi, "Qarabağ"ın kapitanı Rəşad Sadıqov Ağdam klubu ilə yollarını ayırıb.

Unikal.org xəbər verir ki, bu barədə futbolçu İnstaqram hesabında yazıb:

Əziz “Qarabağ” azarkeşləri, “Qarabağ” ailəsi. “Qarabağ”ın formasını 11 il böyük qürur və fəxr hissiylə daşıdım. Bildiyiniz kimi, ötən mövsümün sonunda karyeramı başa vurdum. Çox götür-qoy etdikdən sonra heç də asan olmayan qərar verdim. Bunu açıqlamaq düşündüyümdən də ağır oldu. “Qarabağ”dan ayrılıram. Klubun rəhbərliyinə, məşqçilər korpusuna, komanda yoldaşlarıma və azarkeşlərə hər şeyə görə təşəkkür edib uğurlar arzu edirəm”.

Qeyd edək ki, R.Sadıqov peşəkar futbolçu karyerasına 2000-ci ildə "Turan"da başlayıb. Sadıqov “Neftçi”, “Fulad” (İran), “Kayserispor”, “Kocaelispor” və “Eskişehirspor”da (hamısı Türkiyə) da oynayıb. 38 yaşlı müdafiəçi 2009-2010-cu illər və 2011-ci ildən indiyə kimi "Qarabağ"da çıxış edirdi.